Nigar Arifin “Adamların Yağışı” kitabı təqdim olunacaq

Rate this item
(0 votes)

Oktyabrın 8-də, saat 14:00-da gənc şair Nigar Arifin “Adamların Yağışı” kitabının təqdimatı və imza günü keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir  ki, “Adamların yağışı” Nigar Arifin nəşr edilən sayca ikinci şeir kitabıdır. İlk kitabı “Xatirələr otağı” Güney Azərbaycanda ərəb əlifbası ilə işıq üzü görmüşdür.

 

Tədbirə bütün kitabsevərlər dəvətlidir.

Ünvan: “Libraff”ın Elmlər filialı (Park Akademiya)

Hüseyn Cavid pr. 100 ("Elmlər Akademiyası" m/s-nın əsas girişi ilə üzbəüz)

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)