Yanvarda Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 36 milyon dollardan çox olub

Bu ilin yanvar ayında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 36 milyon dollardan çox olub.

Bu barədə AzərTAC-ın Ukrayna üzrə müxbiri xəbər verib. 

 

Xəbərdə deyilir ki, yanvarda Azərbaycan bu ölkədən 13 milyon 865 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 22 milyon 312 min dollar olub.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar olub. Ukraynada gedən müharibə ilə əlaqədar olaraq 2022-ci ildə ticarət dövriyyəsi azalaraq təqribən 618 milyon dollar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)