Samir Şərifov: 2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər

2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər. 

AzərTAC Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

 

“Belə ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 milyard 463 milyon manat və ya 5 faiz çox icra olunub, proqnozlaşdırılan 32 milyard 304 milyon manat xərclər isə 99,3 faiz səviyyəsində - 240 milyon manat az icra edilib. Dövlət büdcəsinin kəsri ilkin nəzərdə tutulduğundan 55 faiz az olub”, - deyə nazir diqqətə çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)