Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik yubileyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb

Bu il müasir Azərbaycan şeirinin yaradıcılarından biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik yubileyi qeyd edilir. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası hazırlanıb.

 

Elektron məlumat bazası ilə tanış olmaq üçün kitabxananın rəsmi saytından https://ryl.az/melumat-bazalari/Eli_Tude_el_melumat_bazasi/index.html istifadə etmək olar.

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, bazada görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, əsərlərindən nümunələr təqdim olunmuşdur. Burada görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər, ədibin müdrik deyimləri də yer alır. Bundan əlavə, elektron bazada Azərbaycanın mühacir ədəbiyyatının görkəmli nümayəndəsi haqqında qələmə alınan “İki imperiyanın qorxduğu şair - Əli Tudə”, “Dönməz və döyüşkən ruhlu şair”, “Əli Tudənin Bütöv Azərbaycan həsrəti” adlı məqalələrin tam mətni, şeirlərindən nümunələr təqdim edilir. Məlumat bazasında şairin özünün müəllifi olduğu və onun haqqında qələmə alınan Azərbaycan və xarici dillərdə çap edilən əsərlərin, məqalələrinsiyahısı da yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanmış məlumat bazasında “Mükafatlar”, “Avtoreferat və dissertasiyalar”, “Video və fotoqaleraya”, “Virtual sərgi” kimi bölmələr də vardır.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)