“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

Rate this item
(0 votes)

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 

 

Şəhidimiz Ülvi Rəhimovun anası Ülviyyə Rəhimovaya təyin olunan diaqnoz nəticəsində hər iki gözə “Baryer lazer koagulasiya” və mirvari suyu əməliyyatı məsləhət görülüb. 

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan hər iki əməliyyat icra olunub, xidmətlər zərfində yer almayan sağ və sol gözə “Ozurdex intravitreal inyeksiya” əməliyyatının xərcləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “YAŞAT” Fonduna istinadən xəbər verir. 

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

"Youtube" video: https://youtu.be/yu5Vho3s2jY

Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-LHTbRi6wXV

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)