Xocalıda öldürülən qızcığaza…

Rate this item
(1 Vote)

 

“Xocalı ağrısı” silsiləsindən “Ədəbiyyat və incəsənət” portalı Əli Bağışın “Xocalıda öldürülən qızcığaza…” essesini təqdim edir. 

 

İllər, qərinələr, əsrlər keçəcək,

Neçə nəsillər gəlib-gedəcək,

Sən elə həmişə gözəl qalacaqsan, mənim balam...

Öldürülmüş mələk qalacaqsan, mənim balam...

Nə Sənin yanında durub, Səni qoruya bildik.

Nə də Kişi olub qisasını ala bildik!

Elə kor Allahın kar mələkləri kimiydik:

Nə gördük,

nə eşitdik,

nə harayına yetişdik!

Beləcə sürünürük: gözükölgəli…

Beləcə gəbərəcəyik: başıaşağı…

 

…Bəlkə gözlərindəki son sözün

Elə bu idi, mənim balam:

-Bilirsənmi, nə boyda günah sahibisən, Yaradan?!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)