“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

Rate this item
(0 votes)

 

“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidimiz Abdulla Paşayevin ailəsinə dəstək göstərib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

22 yaşlı şəhidimiz Paşayev Abdulla Sultan oğlu Gəncə şəhərində doğulub. 

Əsgərliyinin bitməsinə 3 ay qalıbmış. 

O, 2020-ci il sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.  Əsgər Paşayev Abdulla “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

"Youtube" video: https://youtu.be/IQrUGSuFA6Y

 

Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-GVRwxK5r0h

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2024)