Özünə dönmək Featured

Rate this item
(34 votes)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

17-22 yaş üçün

 

Mən kimisə sevməyi, yaxud kiminsə məni dəli kimi sevməsini istəmirəm. Çünki sevdiyini öldürür insan. Sən sevdiyin insana qarşı öz nəzərində xəyali bir obraz yaradıb o xəyalın sənə yaşatdığı duyğuları sevirsən. Bu səbəbdəndir ki, onu olduğu kimi yox, olmasını istədiyin kimi görməyə çalışırsan. Onu dəyişməyə çalışırsan, sanki sənin dəyişəcəyin obraz ən yaxşısı və ən idealı olacaq. 

 

Qaş düzəltdiyin yerdə vurub gözü çıxardırsan. Daha sonra həmin insan səni görməyəndə, yaxud görməzdən gələndə həmin insanı vecsiz olmaqla günahlandırırsan. Halbuki başa düşmürsən ki, səni görməsi üçün gözlərə ehtiyac yoxdur. Sevən bir ruh hər şeyi duya və hiss edə bilər. Bunun üçün onu dəyişməyinə gərək yoxdur. Ya onu olduğu kimi qəbul etməli, ya da uzaqlaşmalısan. Ancaq uzaqlaşmalı olduğun nəsnə varsa, ya bu şəhər, ya da başqa insanlar deyil. Özünü tapmaq üçün əvvəlcə özünü itirməlisən. Özünə dönmək üçün əvvəlcə özündən uzaqlaşmalısan.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)