Türk Mədəniyyəti və İrsi Fondu ilə Türkiyə arasında qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə olunub

Rate this item
(0 votes)

 

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” fonda istinadən məlumat verir. 

Məlunata görə, görüşdə Aktotı Raimkulova Türkiyə Respublikasını şanlı 100 illiyini tamamlaması münasibətilə təbrik edib.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Türk xalqlarının dostluq və qardaşlıq əlaqələrinin, həmrəyliyinin möhkəmləndirilməsi naminə böyük xidmətlər göstərmiş Heydər Əliyevin 100 illiyinin ölkə miqyasında və beynəlxalq səviyyədə təntənəli qeyd olunması vurğulanıb.

Şuşanın 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” fəxri ünvanını layiqincə daşıması, cari ildə çoxsaylı tədbirlərə uğurla ev sahibliyi etməsi qeyd olunub. Eyni zamanda, bu çərçivədə Fond tərəfindən müxtəlif ölkələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi yüksək dəyərləndirilib.

Görüşdə Fond ilə təşkilatın qurucu üzv ölkəsi Türkiyə Respublikası arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərindən bəhs olunub. Təşkilatın ölkənin mədəni irsinin tanıdılması istiqamətində həyata keçirdiyi layihə və tədbirlərə diqqət çəkilib. Mövcud tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi yönündə gələcək perspektivlər müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)