Burak Özçivitin bir paylaşımı 2,7 milyona başa gəlir

Rate this item
(0 votes)

Ən çox oxunan şou-biznes xəbəri: Türkiyəli aktyor Burak Özçivitlə bağlı növbəti iddia ortaya atılıb.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, sənətçinin sosial media hesabında reklam paylaşmaq üçün aldığı məbləğ açıqlanıb. İddialara görə, Burak 1 reklam üçün 2,7 milyon lirə (təxminən 170 min 320 manat) ödəniş alır. 

 

Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)