Bu gün “Artım” layihə məkanında “Kitç – populyar incəsənətdə adlı tədbir keçiriləcək

Rate this item
(0 votes)

İyulun 20-də “Artım” layihə məkanında açılan “Müqəssir zövq” qrup sərgisi çərçivəsində “Kitç – populyar incəsənətdə” adlı tədbir keçiriləcək. 

 

YARAT-ın yaydığı məlumata görə, müstəqil tədqiqatçı və yazar Cavid Ağa tədbir çərçivəsində incəsənətdə əksini tapan kitç mədəniyyəti, eləcə də onun sosioloji, psixoloji və tarixi inkişaf ardıcıllığı haqqında araşdırmasını təqdim edəcək. 

Cavid Ağa “Amerikanın səsi”, BBC, “France24”, “BNE Intellinews”, “TalkRadio” kimi beynəlxalq media resurslarda müstəqil araşdırmaları ilə çıxış edib. Alman filosofu Artur Şopenhauerin "Eristik dialektika" (1831) əsərinin Azərbaycan dilinə tərcüməçisidir. İndiki tədqiqat fokusu Qafqaz albanlarının dilidir.

Keçən əsrin 80-ci illəri bütün dünyanın mədəni həyatında çevriliş etdi: kapitalist Qərbdə kompüterlərin evlərə daxil olması, Şərqi Avropada isə sosialist dövlətlərin süqutu ilə “kitç” həyatımıza daha da yayıldı.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)