Portalımızın ötən iyun ayında ən çox oxunan 15 yazısı müəyyənləşib Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalında həmişə olduğu kimi, iyun ayında da bir-birindən maraqlı yazılar sıralandı. Əlbəttə, ən yaxşı yazını müəyyənləşdirmək bir başqadır, bunu gərək peşəkar münsiflər öz subyektiv baxışları ilə müəyyənləşdirsinlər. Bizsə ay ərzində ən çox oxunan 15 yazını sizlərə təqdim etmək istəyirik. Hansı sizdə maraq doğursa və onu oxumamışsınızsa, axtarışa verib tapıb oxuya bilərsiniz əlbəttə.

 

1.

“Məni bircə nəfər duyan olaydı” -İbrahim İlyaslının yazısı, 23 iyun. (Yazı mərhum gənc şair Xaliq Oğuzdan bəhs edir)

2.

“Qırmızım” - Mahmud Kaşğari hekayə ödülünü qazanmış Qəfur Xiyavlının hekayəsi, 20 iyun. (Hekayə portalın Güney Azərbaycan təmsilçisi Əli Çağlının “Güneydən gələn səslər” rubrikasında təqdim edib)

3.

“Əllərinin yadına düşdümü saçlarım?” - Təranə Dəmirin şeirləri, 20 iyun.

4.

“Həmişə hər yerdə iz qoymağa çalışıram” - Elman Eldaroğlunun yazısı, 7 iyun. (Yazı yazıçı Varisin doğum gününə həsr edilib)

5.

“Taleh Həmid - unudulmaz misraların müəllifi” - redaksiya yazısı, 16 iyun. (Yazı mərhum şairin yeni kitabları da təqdim  ediləcək anım günü mərasimindən bəhs edir)

6.

“Gizlən-qaç” - Jalə İslamın hekayəsi, 19 iyun. 

7.

“Sükutdan hədəfə - Türkiyə xatirələrim” - Habil Yaşarın Türkiyə səfəri təəssüratları, 16 iyun. 

8.

“Səsdən könüllərə təqdim olundu” - Redaksiya yazısı, 20 iyun. (Yazı Beynəlxalq Kouçluq layihəsinin təqdimatı barədədir)

9.

“Yenə nağıl danış mənə, ay ana” - Ülviyyə Əbülfətqızının şeirləri, 23 iyun. 

10.

“5 yaşlı məktəbli, qızıl medalçı, həkim-terapevt, lirik şair, Moskva həyatı və daha nələr” - Elman Eldaroğlunun yazısı, 25 iyun. (Yazı Moskvada yaşayan soydaşımız Afaq Şıxlının doğum gününə həsr edilib).

11.

“Arzularımıza baxanda hələ körpəyik” - Səhər Manafovanın şair Yusif Nəğməkarın yaradıcılığı barədə qeydləri, 19 iyun.

12.

“Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda konfrans keçirilib - redaksiya informasiyası, 9 iyun.

13.

“Bu dünyada bir Əbil var idi” - Sabir Rüstəmxanlı, 5 iyun. (Xalq şairi bu yazıda vaxtsız vəfat etmiş şərqşünas Əbil İmamverdiyev barədə xatirəsini paylaşıb).

14.

“Şəhrizad - milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi” - Mətanət Vahid, 21 iyun. (Yazıda yazıçı Vahid Məmmədlinin “Şəhrizad” romanı təhlil olunur)

15.

“Natalya Xarlampyeva və Semyon Danilov - yakut ədəbiyyatının iki zirvəsi” - Aida Eyvazlının məqaləsi, 16 iyun. 

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2023)