Populyar “Aelita” beynəlxalq fantastika festivalının qısa hekayə müsabiqəsini qazanan hekayəni təqdim edirik Featured

Rate this item
(0 votes)

XXXVIII beynəlxalq fantastika festivalı olan "Aelita"  “100 sözdən ibarət" adlanan kiçik hekayə müsabiqəsi keçirmişdir. Onlayn formatda keçirilən müsabiqədə Qran-Prini gənc Rusiya yazarı Anna Osipova qazanmışdır. Anna Osipova təxəllüsü – Anna Kliş olan, 1986-cı il təvəllüdlü, tambovlu yazıçıdır.
“Ədəbiyyat və incəsənət” portalı xüsusən gənc yazarlarımız üçün maraqlı olacağını nəzərə alıb qalib gəlmiş yazını təqdim edir. Dünyada böyük festivalların müsabiqələrini kimlər qazanır? Jürinin diqqətini necə cəlb etmək mümkündür? Qalib adını necə qazanmaq olar? Qalib gələn yazıdan tələblər hansılardır? Gənc yazarlar bu kimi suallara da cavab almış olacaqlar bu qısa hekayəni oxumaqla.

KAPİTAN KROMUN EKSPEDİSİYASI

Təyinat: Galaxy "Samanyolu".
Sayları: 123.
Məqsəd: Həyat üçün uyğun planet tapmaq, ekipajı qoruyub saxlamaq.

Qordor Krom hesabat səhifələrinin titrədiyi bort kompüterinin ekranına diqqətlə baxırdı: sarı cırtdanın G2 sinfinə aid üçüncü planeti sıfır -təkamülə aid humanoidlər tərəfindən məskunlaşdırılmışdı - onlar geniş alınları, sallanmış qaşları, sallaq çənələri ilə seçilirdi. Dərilərə bürünmüş bu arıq neandertallar çox aqressiv görünürdü.
Qordor Kromgilin resursları demək olar ki, bitmək üzrə idi: həyat təchizatı – 1,5 %, yanacaq – 0,02 %.

– Kapitan, - birinci köməkçi dedi, - bizim seçimimiz yoxdur.
Gordor başını tərpətdi və annigilatorun (informasiyaları silib yox etmə cihazı - red.) düyməsini basdı.

Ardınca kapitan: “Kromçular ekipajı bir nəfər kimi təcili evakuasiya kapsulalarına yaxınlaşsın. Şəxsi əşyalarınızı götürməyin. "Lu-na" (Ay - red.) zvezdolyotu (ulduzda uçan gəmi- red.) sabit orbitdə qalır" komandasını verdi.