“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” açılış mərasimində süni intellekt sənətçisi təqdim edilib

Rate this item
(0 votes)

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

 

Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)