Dünyanın ən xoşbəxt ölkələrinin ünvanı yenə də şimal və xristian dünyasıdır Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının növbətçisi Kənan Məmmədli bu dəfə axtarıb sizlər üçün XXL dərgisinə istinad edərək “Dünyanın ən xoşbəxt ölkələri” reytinqini təqdim edəcək. Bu reytinq az öncə digər xarici KİV-də cüzi fərqlə çıxmışdı, amma biz bu mənbəyə etibar etdiyimizdən məhz burada dərc edilən reytinqi sizlərə çatdırmaqda israrlıyıq. Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi qlobal sorğu məlumatlarından istifadə edərək ən xoşbəxt ölkələri müəyyən edib. Hesabata görə, Skandinaviya ölkələri hər il olduğu kimi bu il də birinci yerdə qərarlaşıb. İlk dəfədir ki, qlobal 20-liyəpost sovet məkanından da bir ölkə daxil ola bilib. Təbii ki, Baltik respublikalarından biri olan Litvadır bu xoşbəxt ölkə.

Büləliklə, dünyanın 20 ən xoçbəxt ölkələsini təqdim edirik:

 

1. Finlandiya

2. Danimarka

3. İslandiya

4. İsrail

5. Niderland

 

6. İsveç

7. Norveç

8. İsveçrə

9. Lüksenburq

10. Yeni Zellandiya

 

11. Avstriya

12. Avstraliya

13. Kanada

14. İrlandiya

15. ABŞ

 

16. Almaniya

17. Belçika

18. Çexiya Respublikası

19. Böyük Britaniya

20. Litva.

 

Portalımızın növbətçisinin reytinqə şərhini də təqdim edirik: “Deyirlər ki, günəş insanlara sevinc, pozitivlik və demək ki, xoşbəxtlik gətirir. Amma nədənsə bol günəşli cənub xalqları xoşbəxt ola bilmirlər. Günəşə tamarzı şimallılar isə ən xoşbəxt insanlardır. Dünyanın işləri bax bu cür tərsinədir.”

Hələlik isə yalnız onu deyə bilərik ki, finlərin sağ əlləri bizim başımıza.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)