Dünyanın ən çətin başa düşülən 10 kitabı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın diqqətini  İngiltərədən olan bir qrup tədqiqatçının 3205 kitabsevərlə apardıqları sorğular nəticəsində bütün zamanların ən qarışıq 10 kitabını sıralamaları çəkib. Bu kitabların siyahısını dərc etməmişdən öncə əməkdaşımız öz kitabsevərlərimizdən bir neçəsinə sual ünvanlayıb ki, bəs sizcə ən çətin başa düşülən kitablar hansılardır? Soruşulanların daha çoxu İsa Hüseynovun “Məhşər” romanının adını çəkiblər. Xarici ədəbiyyat arasında isə həmyerlilərimizin daha çoxu Mixail Bulqakovun “Master və Marqarita” və Corc Oruellin “Heyvanıstan” əsərlərini “çətin başa düşülən” hesab ediblər. Yeri gəlmişkən, “Heyvanıstan”da kitabsevərlərimiz lap hədəfi vurublar. Yəni, ingilislərin seçimi ilə tarazlaşıblar.

İndi isə ingilislərin sözügedən siyahısını nəzərinizə çatdırırıq.

 

“Maddə 22”

Müəllif: Cozef Heller

Janr: Qara komediya, absurd fantastika, tarixi roman

Nəşr olunduğu il: 1961

 

“Heyvanıstan”

Müəllif: Corc Oruell

Janr: Siyasi satira

Nəşr olunduğu il: 1945

 

“Milçəklərin tanrısı”

Müəllif: Uilyam Qoldinq

Janr: Alleqorik roman

Nəşr olunduğu il: 1954

 

“Uğultulu yüksəkliklər”

Müəllif: Emili Bronte

Janr: Tragediya, qotika

Nəşr olunduğu il: 1847

 

“Cen Eyri”

Müəllif: Şarlotta Bronte

Janr: Bildungsroman (Yaradılış romanı)

Nəşr olunduğu il: 1847

 

“Səfillər”

Müəllif: Viktor Hüqo

Janr: Epik, uydurma tarix

Nəşr olunduğu il: 1862

 

“Don Kixot”

Müəllif: Migel de Servantes

Janr: yumor, psixologiya, satira

Nəşr olunduğu il: 1605, 1615

 

Uliss”

Müəllif: Ceyms Coys

Janr: müasir roman

Nəşr olunduğu il: 1922

 

“Mobi Dik”

Müəllif: Herman Melvill

Janr: Epik, macəra, dəniz hekayəsi

Nəşr olunduğu il: 1851

 

“Pinin həyatı”

Müəllif: Yann Martel

Janr: Fəlsəfi fantastika

Buraxılış ili: 2001

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)