Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir Featured

Rate this item
(2 votes)

“Ulduz" jurnalı ilə “Ədəbiyyat və İncəsənət" portalı görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi elan edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir, mövzu seçimi sərbəstdir. 

Müsabiqə iştirakçıları hekayələrini öz tərcümeyi-halları və fotoşəkilləri ilə birgə iyul ayının 15-dək This email address is being protected from spambots. You need JavaScript enabled to view it.   ünavanına göndərə bilərlər. Təqdim edilmiş mətnlərin həcmi 20 min işarədən artıq olmamalı, bundan əvvəl heç bir mətbu orqanda dərc edilməməlidir. 

Müsabiqəyə sentyabr ayında yekun vurulacaq, nüfuzlu münsiflər tərəfindən ümumilikdə dörd qalib hekayə müəllifi (1-ci yer bir, 2-ci yer bir, 3-cü yer iki laureat) diplom və mükafatlarla təltif ediləcək. 

Qeyd edək ki, müsabiqə çərçivəsində  seçilmiş bəlli sayda hekayə "Ulduz"  jurnalının xüsusi nömrəsində, eləcə də

“Ədəbiyyat və incəsənət” portalında dərc ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)