UNESCO Zeynalabdin Tağıyevin 200 illiyi ilə bağlı paylaşım edib

Rate this item
(0 votes)

UNESCO-nun rəsmi tviter səhifəsində böyük mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı paylaşım edilib. 

 

Bu paylaşımda 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 ilinin tamam olduğunu qeyd edilir və onun Azərbaycan xalqının maarifləndirilməsinə böyük töhfələr verdiyi vurğulanır.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)