Zurab Pataradzenin azərbaycanca gözəl çıxışı, parıltılı Jeep, bir də sevincli simalar Featured

Rate this item
(0 votes)

“Azeri Business Award 2022” mükafatının təqdimat mərasimi keçirildi

 

Dünyanın ayrı-ayrı ölkələrində biznes uğurlarının ilbəil monitorinqi aparılır, uğurlu şirkətlər mükafatlandırılır, partnyorluq əlaqələri genişlənir, beynəlxalq sferaya çıxışa təkan verilir. Məsələn, baş ofisi Brüsseldə yerləşən Euromarket, baş ofisi Madriddə yerləşən BİD kimi mükafatlandırma şirkətləri var ki, onlar da beynəlxalq miqyasda uğurlara qiymət verirlər. Nə yaxşı ki, bizim Azərbaycanımızda da biznesdə uğur qazananları mükafatlandırma mərasimləri keçirilir. Düz 12 ildir ki, ölkəmizdə ilin yekunlarına görə “Azeri Business Award” milli mükafatları təqdim olunur. “Ədəbiyyat və incəsənət” portalının növbəti reportajı növbəti belə təqdimat barədədir. 

 

 

“Buta Palace” sarayında biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimat mərasimi yenə də bol ovasiya ilə, xoş ovqatla keçirildi. 

Möhtəşəm tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, o cümlədən Gürcüstan, Moldova, Belçika və Rumıniyanın səfirləri, dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrinin təmsilçiləri və KİV nümayəndələri iştirak edirdilər. 

Ləziz təamlı süfrələrin ətrafında əyləşmiş qonaqlar və laureatlar maraqla səhnədə baş verənləri izləməkdəydilər.

Laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun – tibb, tikinti, logistika, quşçuluq, media və digər sahələrin nümayəndələri idi. Onlar barədə az sonra. 

Hələliksə onu deyək ki, “Azeri Business Award” mükafatının partnyorları ölkənin avtomobil bazarında söz sahiblərindən olan “Avtolüks Azərbaycan” MMC və “Faberlic” brendiydi, tədbirin dost şirkətləri isə “Ganja Sharab”, “Hillside”, “Kobi Sno”, “Alison’s Atelier”, “NS design”, “Bizon”, “Art Gallery by Rauf Janibekov” və “King’ Style” Tie & Parfum” idilər. 

Təltifetmə mərasimindən əvvəl “Azeri Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimatı baş tutdu. Bundan başqa, “Azeri Business Award” mükafatının partnyoru “Avtolüks Azərbaycan” MMC tamamilə yenilənmiş “Jeep Grand Cherokee” avtomobilinin təqdimatını keçirdi. Elə bu yeni avtomobil modelinin gözqamaşdırıcı parıltısı atmosferində də 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” milli mükafatının təqdimatı oldu. 

Ən birinci səhnəyə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze (qapaq şəklində) dəvət olundu, o, iqtisadi və ticari əlaqələrin inkişafına verdiyi töhfəyə görə əsas mükafata layiq görüldu. Cənab Pataradzenin azərbaycanca çıxışı çox bəyənildi və bol qlqışlar aldı. 

“Qranit QP” şirkətinin rəhbəri Rübabə Mürşüdovaya dağ-mədən sahəsində ilin iş adamı mükafatı verildi. Plastik və estetik cərrah Günel Bayramlı plastik-estetik cərrahiyyə sahəsində əldə etdiyi yüksək nəticələrə görə təltif olundu. “Camal LTD”nin “Iceland” brendi dondurma istehsalı, “SƏBA” ASC ilin quşçuluq şirkəti, “Biləsuvar Aqro” süd məhsulları və kərə yağı istehsalı, “FAB Boya və Kimya Sənayesi” ilin keyfiyyətli boya istehsalçısı, “Crystal Beton” ilin beton istehsalçısı elan edilərək mükafata layiq görüldülər. 

Həmçinin Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu (MİTRİ) tibb və reabilitasiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə təltif olundu. “Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti” keyfiyyətli tərəfdaş, “LV Caspian Limited” ilin logistika şirkəti, “ByCafeCity” restoranlar şəbəkəsi müştəri seçimi, “AZPRINT” ilin mətbəəsi, “KATV1” ilin kabel televiziyası operatoru, “İydə Perfumery” ilin parfümeri, “Bakı OTIS Lift” sərnişin və yük lift avadanlıqlarının satışı, quraşdırılması və servisi sahəsinin lideri nominasiyalarında qalib elan olundular. Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAC  ilin informasiya agentliyi mükafatına layiq görüldü. 

 

“Azeri Business Award” 2022 mükafatının laureatları

 

Zurab Pataradze, Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə

 

Rübabə Mürşüdova, “Qranit QP” şirkətinin rəhbəri – Dağ-mədən sahəsində ilin iş adamı

 

Günel Bayramlı, plastik və estetik cərrah – Plastik-estetik cərrahiyyəsi sahəsində əldə etdiyi yüksək nəticələrə görə

 

Camal LTD, “İceland” brendi – Dondurma istehsalı sahəsinin lideri

 

SƏBA ASC – İlin quşçuluq şirkəti

 

Biləsuvar Aqro – Süd məhsulları və kərə yağı istehsalı sahəsində ilin şirkəti

 

FAB Boya və Kimya Sənayesi – İlin keyfiyyətli boya istehsalçısı

 

Crystal Beton – İlin beton istehsalçısı

 

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu (MİTRİ) – Tibb və reabilitasiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə

 

Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti – Keyfiyyətli tərəfdaş

 

LV Caspian Limited – İlin logistika şirkəti

 

ByCafeCity, restoranlar şəbəkəsi – Müştəri seçimi

 

AZPRINT – İlin mətbəəsi

 

KATV1 – İlin kabel televiziyası operatoru

 

İydə Perfumery – İlin parfümeri

 

Bakı OTIS Lift – Sərnişin və yük lift avadanlıqlarının satışı, quraşdırılması və servisi sahəsinin lideri

 

         Azərtac Dövlət İnformasiya Agentliyi     – İlin informasiya agentliyi

 

Hamı mükafatını aldıqdan və təşkilatçılara minnətdarlıq ifadə etdikdən sonra mərasim 

canlı musiqinin müşayiəti ilə davam etdi.

Əməkdaşımız isə sizlər üçün “Azeri Business Award” mükafatının təsisçisi barədə arayış əldə etməklə məşğul oldu. 

Demək, mükafatın təsisçisi Azərbaycanda 12 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Bu jurnal Azərbaycanda iqtisadiyyat və biznes sahəsində aparıcı dövri nəşrdir.

“Business Time” şirkətlərə çevik və müasir idarəetmə qərarlarının səmərəli tətbiq edilməsində və rəqabət qabiliyyətini artırmağın yollarının axtarışında milli biznesə yardım göstərir. Öz sahəsi üzrə aparıcı ekspertlərin cəlb edilməsi ilə yazılan informasiya və analitik materiallar vasitəsilə oxucuları ölkə iqtisadiyyatında gedən aktual və maraqlı proseslərlə tanış edir.

“Azeri Business Award” biznes sahəsində Milli mükafatın ilk təqdimat mərasimi 2009-cu ildə baş tutub və Azərbaycanda biznes sahəsində keçirilən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. O, ən yaxşı təşkilatları və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır həmçinin ölkədə işgüzar etikanın yeni standartlarının inkişafına yardım edir.

Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.

Bir sözlə, çox faydalı iş görürlər.

Qalibləri təbrik edir, biznesimizə çiçəklənmə arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)