Ad günündə vəfasızlıqdan gileylənən Pop diva

Rate this item
(0 votes)

Ən çox oxunan xəbər: Xalq artisti Aygün Kazımova 52 yaşını qeyd edib və o, özəl   günündə yenə adət-ənənəsinə sadiq qalıb.

“Ədəbiyyat və incəsənət” Milli.Az-a istinadən xəbər verir ki, Pop diva yeni klipini sevənlərinin ixtiyarına verib.

 

"Vəfasızlar unudulmur" adlı mahnının sözləri Şahin İlqara, musiqisi İsmayıl Əsədova məxsusdur. Ekran işi Moskvada lentə alınıb. Klipin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir. Çəkiliş Rusiyanın məşhur "Mag film Moscow" şirkətinin heyəti tərəfindən gerçəkləşdirilib. Klipdəki modellər də Rusiyadan seçilib.

Ölkənin əsas ulduzu klipdə beş fərqli obraz yaradıb. Kazımovanın stili üzərində dizayner Ülkər Zahidli çalışıb.

Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)