Netflix-də baxış üzrə dünya reytinqinə ilk dəfə Koreya serialı başçılıq edir Featured

Rate this item
(0 votes)

Cənubi Koreya istehsalı olan  "Kalmar oyunu" serialı Netflix striminq platformasında dünyada populyarlığa görə birinci sırada qərarlaşıb. Bu barədə bazar ertəsi KBS telekanalı ixtisaslaşdırılmış flixpatrol.com. saytının məlumatlarına istinad edərək bildirib.
Serial ilk dəfə sentyabrın 17-də Netflix-də nümayiş olunub, bir həftə sonra isə baxışlarla birinci yerə çıxıb. "Kalmar oyunu" yalnız Ümumdünya reytinqinə deyil, ABŞ da daxil olmaqla, ayrı-ayrı ölkələrin əksəriyyətində populyarlıq siyahılarına da rəhbərlik edir.
KBS qeyd edir ki, bu, Cənubi Koreya serialının bu reytinqdə birinci yerə çıxdığı ilk dəfədir. Əvvəllər ilk onluğa Koreyada çəkilmiş "Sevimli Ev" və "#canlıdır" serialları düşsə də, onlar birinci yerə çıxa bilməmişlər.
Yeni seriyada, həyatı çıxılmaz vəziyyətə düşən insanların böyük bir pul mükafatı almaq üçün həyatlarını təhlükəyə atdıqları gizli bir oyun haqqında danışılır. Cənubi Koreya tənqidçiləri dekorasiyaların miqyasını, güclü aktyor heyətini, həmçinin rejissor Xvan Don Xekin işini fərqləndirirlər.
Çox təəssüf ki, bizim televiziyaların  bu cür şedevrləri alıb azərbaycanlı tamaşaçılara nümayiş etdirməsi ənənəsi yoxdur.