Yarım əsrlik kino bileti 12 min funt sterlinqə hərraca çıxarılıb

Rate this item
(0 votes)

 

İngiltərənin paytaxtı Londonda Bonhams Hərrac Evində keçirilən “Rock, Pop & Film Sale Photocall” hərracında "Willy Wonka & The Chocolate Factory" filminin qızıl bileti satışa çıxarılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Qərb mətbuatına istinadən xəbər verir ki, yarım əsrlik kino biletinin 12 min funt sterlinqə (təxminən 24000 manata) alıcı 

tapacağı gözlənilir.

Hərrac davam edir. Tədbirdə Led Zeppelinin konsert posteri də nümayiş etdirilib. Posterin isə 30-40 min funt sterlinqə satılacağı ehtimal olunur.