Ölkəmiz Türkiyədə keçirilən I Beynəlxalq Tarsus Festivalında təmsil olunub

Rate this item
(0 votes)

 

Ölkəmiz Türkiyənin Tarsus şəhərində keçirilən I Beynəlxalq Tarsus Festivalında təmsil olunub.

“Ədəbiyyat və incəsənət” portalı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir ki, Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsi tərəfindən keçirilən festival "Kleopatra ili"nə həsr olunub. 

Nümayəndə heyəti əvvəlcə Tarsusda Heydər Əliyevin adını daşıyan parka gələrək Ulu Öndərin abidəsini ziyarət edib. Xətai nümayəndə heyətinin rəhbəri, Xətai rayon bələdiyyəsinin sədr müavini Əliyar Əliyev, Tarsus bələdiyyə başqanı Haluk Bozdoğanla görüşüb.

Qeyd olunub ki, tarix boyu Türkiyə və Azərbaycan dövlətləri arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri olub. Azərbaycan-Türkiyə münasibətləri gündən-günə inkişaf edir və dərinləşir. Hər iki xalq həm xoş günlərdə, həm də çətin vaxtlarda birlik nümayiş etdirərək bir-birinin sevincini və kədərini bölüşüb. İki qardaş ölkə arasındakı münasibətlər uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir.

Görüşdə qarşılıqlı olaraq xatirə hədiyələri təqdim edilib.

Festival çərçivəsində Azərbaycanın milli xorəkləri və şirniyyatları, milli mahnıları təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib və iştirakçılara sertifikatlar təqdim edilib.