“Üzüklərin hökmdarı” serialının premyerası tamaşaçı rekordunu təzələyib Featured

Rate this item
(0 votes)

 

“Üzüklərin hökmdarı: Hakimiyyət üzükləri” serialı nümayişinin ilk günündə 25 milyon tamaşaçını ekran başına toplayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, bu, “Amazon”a məxsus olan “Prime Video” axın xidməti üçün rekord göstəricidir. Bununla da, ekran əsəri ən çox baxılan serial adını qazanıb.

Qeyd edək ki, serialın premyerası sentyabrın 2-də baş tutub. 

Epizodlar hər həftə müxtəlif dillərdə altyazılarla yayımlanacaq.

Qeyd edək ki, serialın rejissoru Ueyn Yippdir.