Bullet train ABŞ-da kassa gəliri üzrə liderdir

Rate this item
(0 votes)

 

“Sony” şirkətinin istehsal etdiyi Bred Pit və Sandra Bullokun baş rollarda çəkildiyi “Bullet train” (“Sürət qatarı”) ekran əsəri həftəsonunda 13,4 milyon dollar gəlirlə bilet satış kassalarında liderliyini qoruyub saxlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, “Sürət qatarı” ötən həftə 30,1 milyon dollar gəlir əldə etmişdi və bu da gözləntilərdən aşağı idi. İstehsalı 90 milyon dollara başa gələn filmin premyerasının ikinci həftəsində kassa gəliri 55 faiz aşağı düşüb.

Demək, rəqəm yüksəkdir, liderlik var, amma tənəzzüldən söhbət gedir.