Ən çox oxunan: Seriya qatilinin Şarleroi şəhərindəki evi sökülür Featured

Rate this item
(0 votes)

Belçikanın Şarleroi şəhərində qəddar seriya qatili və təcavüzkar Mark Dütranın qurbanlarının saxlandığı binanın sökülməsinə başlanıb, bu xəbər media manşetlərində dolaşır. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, hal hazırda Dütran ömürlük həbs cəzası çəkir. 1996-cı ilin avqust ayında bu evdə 12 və 14 yaşlı iki təcavüz qurbanı olan qız tapılmışdı, bundan sonra Dütran həbs olunmuşdu. Bütün bu illər ərzində də insanlar bu evə qorxu hissləri ilə baxmışdılar. 

Evin yerində bağ salınacaq və Dütranın qurbanlarına abidə qoyulacaq.

Bəli, bəşəriyyət zorakılığı yox, humanizmi dəstəkləyir.