Ən çox oxunan: Davosda Zelenskinin çıxışı ən gözlənilən çıxış olub Featured

Rate this item
(0 votes)

 

Davosda Dünya İqtisadi Forumunun birinci gününün əsas hadisələrindən biri Ukrayna Prezidenti Vladimir Zelenskinin virtual çıxışı olub. O, forum iştirakçılarını neft embarqosuna qədər Rusiyaya qarşı maksimum sanksiyalar tətbiq etməyə, bütün Rusiya banklarının bloklanmasına və Rusiya ilə ticarətin tamamilə dayandırılmasına çağırıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir. 

 

"İndi elə bir məqam yaranıb ki, dünyada kobud gücün hökm sürüb sürməyəcəyi aydınlaşır. Əgər hökm sürərsə, onda bizim düşüncələrimiz heç maraqlı da deyil. Və Davosda bizim daha toplanmağımıza da ehtiyac yoxdur. Niyə? Kobud güc onu dəf etmək istəyənləri fəth etməkdən başqa heç nəyə can atmır. Və o, diskuta salmır, dərhal öldürür. Rusiyanın Ukraynada indi biz burda sizinlə ünsiyyət qurarkən elədiyi kimi", - Zelensky deyib. 

O, Ukraynaya yardım etmiş bütün ölkələrə təşəkkür edərək bildirib ki, Qərb preventiv sanksiyalar tətbiq etmədən etdiyi səhvini nəzərə almalıdır və bu, onun fikrincə, müharibənin qarşısını ala bilərdi. Ukrayna prezidenti gələcəkdə reaksiya verməməyə, preventiv hərəkət etməyə, hər hansı təcavüzün qarşısını almaq üçün Yeni təsir vasitələri yaratmağa çağırıb:

"Ölümcül atışları gözləməyin. Rusiyanın kimyəvi, bioloji və ya Allah eləməsin, nüvə silahı tətbiq etməsini gözləməyin. Təcavüzkarda dünyanın kifayət qədər müqavimət göstərməyəcəyi təəssüratı yaratmayın. Azadlığı və normal, bütün dünya nizamı üçün faydalı olan stabilliyi dərhal maksimal şəkildə qoruyun".

Bu dəfə Davosda Rusiya Federasiyasının nümayəndələri yoxdur: Dünya İqtisadi Forumu Rusiya ilə münasibətləri və Rusiya iş adamları ilə strateji tərəfdaşlığı dondurub.