Ən çox oxunan: Mikelancelonun nadir rəsmi 23 milyon avroya satılıb Featured

Rate this item
(0 votes)

Renessans dövrünün düha rəssamı Mikelancelo Buanorratinin (Michelangelo Buonarroti) (1475-1564) nadir rəsmi 23 milyon avroya Christie's Ticarət Evinin hərracında satılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı France-Presse agentliyinə istinadən məlumat verir.

 

Öncələr elə düşünürdülər ki, sözügedən rəsm dahi rəssamın hansısa şəyirdi tərəfindən çəkilib. Lakin 2019-cu ildə Christie's ekspertləri müəyyən edə bildilər ki, əsər qələm və qəhvəyi mürəkkəblə yerinə yetirilib və rəssamın özü tərəfindən yaradılıb. Rəsmə Mikelancelonu 1425-ci ildə rəssam Mazaççonun "Neofitlərin vəftiz olunması" freskası ilhamlandırıb.

Ticarət ərəfəsində təşkilatçılar Hon Konq və Nyu-York qalereyalarında ümumi baxış üçün rəsmi nümayiş etdiriblər. Bununla yanaşı, aprel ayında rəsmin ilkin qiyməti 30 milyon avro olub.

Qeyd edək ki, italyan heykəltəraş, rəssam, memar və şairi Mikelancelo Qərb incəsənətinin inkişafına böyük təsir göstərmişdir. Onun ən məşhur əsərləri arasında Sikstin kapellasının tavan (1508-1512) rəsmidir ki, buraya 300-dən artıq fiqur, Davidin Florensiya heykəli və Vatikanda Müqəddəs Pyotr kilsəsində saxlanılan "Pieta" (Məsihin ağlaması) heykəltəraşlıq kompozisiyasını göstərmək olar.

 

 

.