Ən çox oxunan xəbər həbsxanadan residivistlə həbsxana rəhbərinin birlikdə yoxa çıxmaları olub Featured

Rate this item
(0 votes)

 

Son günlərin ən çox oxunan xəbəri ABŞ-ın Alabama ştatında ölüm hökmü alması gözlənilən cinayətkar residivistlə həbsxana rəisinin müavini olan xanımın həbsxanadan birgə yoxa çıxmaları xəbəridir.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, bütün hüquq-mühafizə orqanlarının axtardıqları, haqlarında məlumat verəcək şəxslərə böyük mükafat vəd edilən bu cütlük ötən gün İndiana ştatında ələ keçiblər. Düzdür, quldurun xanımı qorxudaraq onun qaçmasına vasitə eləməsi, özünü də girov götürməsi ehtimalı da var. Amma daha inandırıcısı sevgi motivləridir. Olsun ki, qadın kişiyə vurularaq öz həyatını riskə atıb ki, onunla birgə olsun. 

Məhəbbət, sən nələrə qadirsən!