Qubada günün hadisəsi kitab bayramı oldu

Rate this item
(0 votes)

 

Qubada bazar günü növbəti kitab bayramı baş tutdu. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin və “Azərkitab” kitab mərkəzinin təşkilatçılığı ilə "Qonaqlarımız var!" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin, PEN klubun və Beynəlxalq Yazıçılar Gildiyasınln üzvü, eyni zamanda Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, yazıçı-jurnalist Varis Yolcu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, yazıçı Elxan Elatlı, İqtisad elmləri doktoru, professor və yazıçı Əlibala  Məhərrəmzadə, şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı ilə kitabsevərlərin görüşü keçirilib. 

 

Eyni zamanda yazarların kitablarının satışı təşkil olunub. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iki saat davam edən görüşdə yazıçılar yaradıcılıqları barədə danışıblar, oxucuların suallarını cavablandırıblar, kitab imzalayıblar, xatirə fotoşəkilləri çəkdiriblər. 

Bölgədə bu cür kitab sevgisindən heyrətləndiklərini dilə gətirən yazarlar kitabsevər qubalılara ən xoş diləklərini çatdırıblar.