Rəzil siyasətçinin “Quran”ı yandırması İsveçdə vəziyyəti qarışdırdı

Rate this item
(0 votes)

Son günün ən çox oxunan xəbəri Avropanın şimalında baş verən iğtişaşlardır. “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən həmin xəbəri diqqətinizə çatdırır:

 

Artıq 4 gündür ki, İsveçin bir neçə şəhərində iğtişaşlar baş verməkdədir. Ultrasağ siyasətçi, Stram Kuts (sərt kurs) adlı antiislam partiyasının sədri Rasmus Paludan “Quran”ı yandırdığını və bunu yenidən təkrar edəcəyini söylədilkdən sonra ilk olaraq Norçöpinq şəhərində müsəlmanlar kütləvi iğtişaş törədiblər, 16 polis xəsarət alıb. Sonra narazılıq dalğası digər şəhərləri, o cümlədən paytaxt Stokholmu da bürüyüb. 

Müsəlmanların heysiyyatına toxunmaqla həmin rəzil insan nəyə nail olmaq istəyir, deyə bilmərik, amma bu müqəddəs Ramazan ayında milyard müsəlmanın o kafiri lənətləyəcəyi dəqiqdir.