Rusiyada ən populyar xarici yazıçı Remarkdır

 

Apardığı müharibə ilə heç də uyğun gəlməsə belə, Rusiya ən çox kitab satılan ölkələrdən hesab edilir. 

“Ədəbiyyat və incəsənət” portalı RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya kitab bazarında kitabların satışı təhlil edilib və ən populyar yerli və xarici müəlliflərin reytinqi tərtib olunub.

Rusiyanın yerli müəlliflərindən Boris Akunin, Viktor Pelevin, Maks Qlebov ən populyarlar siyahısında yer alıblar.

Klassik rus yazıçılarından isə ən populyarı Fyodr Dostoyevski seçilib. Lev Tolstoy, Aleksandr Puşkin, Anton Çexov və Sergey Dovlatov isə siyahıda növbəti yerlərdə dayanırlar.

Dünya ədəbiyyatından isə Erix Mariya Remark, Teodor Drayzer, Ayzek Azimov və Ernest Heminquey siyahıda ilk yerləri tutublar.