Ən yaxşı Azərbaycan hekayələri – ELÇİNİN TƏQDİMATINDA Featured

Xalq yazıçısı Elçinin “Mənim hekayə antalogiyam” adlı yazısı onun seçdiyi ən yaxşı Azərbaycan hekayələrindən bəhs edir. Bu yazı 1983-cü ildə qələmə alınıb. “Ədəbiyyat və incəsənət” həmin yazını təqdim edir.

 

 

Bu gün günorta Yazıçılar İttifaqında partiya iclası gedirdi və mən də - tamam başqa bir aləmdə idim. Fikrimdə hər yazıçıdan bir hekayə götürmək şərtilə “Azərbaycan hekayə antologiyası” tərtib edirdim:

Füzuli – “Şikayətnamə”

Mirzə Fətəli Axundov – “Aldanmış kəvakib”

Cəlil Məmmədquluzadə - “Poçt qutusu”

Əbdürrəhim bəy Haqverdiyev – “Bomba”

Süleyman Sani Axundov – “Qaraca qız”

Abdulla Şaiq - “Məktub yetişmədi”

Süleyman Rəhimov – “Su ərizəsi”

Mehdi Hüseyn – “Rəqiblər”

İlyas Əfəndiyev – “Qırçı və qızıl gül”

İsa Hüseynov – “Plyajda” (“Bir az romantika”)

Salam Qədirzadə - “Xəzan yarpaqları”

Əkrəm Əylisli – “Ürək yaman şeydir”

Anar – “Keçən ilin son gecəsi”

Yusif Səmədoğlu – “Foto “Fantaziya”

Və nəhayət: Elçin – “Parisdə avtomobil qəzası”

 Dünən gecə, (yəni avqustun 17-də - söhbət 1983-cü ildən gedir – red.) gözəl Şüvəlanda bu hekayənin nöqtəsini qoydum.

Əlbəttə, bu hekayələrdən biri nisbətən yüksək bədii səviyyədədir, o birisi nisbətən az, amma elə bilirəm ki, bunlar bir yerdə Azərbaycan hekayəsi barədə təsəvvür yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)