Unudulmaz sevgi şeirləri: Məmməd Araz, “Nə bilim” Featured

Rate this item
(0 votes)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Məmməd Arazın ən gözəl, dillər əzbəri olan şeirlərindən biridir “Nə bilim”. Ona mahnı da bəstələnib. 

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim? 

Həyat bir oyundur, sevgi isə onun oyuncaqlarından biri. Bu oyunda çoxusu uduzur, yalnız az qism qalib gəlir. 

 

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim?

Çətin bir də daş üstə daş bitirəm,

Niyə uçdu bu qalaçıq, nə bilim...

 

Damağımda bal sevdanın turş dadı

Uşaq ağlım inadıma qurşadı.

Nə hönkürdü bu naqafil gurşadı?

Kimə dedim, — dedi, — ancaq: «nə bilim!» 

 

Günlər mənə gün yazmağı unutdu,

Gülüm, günün güllərimi qurutdu.

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim? 

 

Mən Arazam, səsim tutqun Arazdı,

Ha çağırdım, ha yüyürdüm, ha yazdım.

İndi daha qaynar təbim ayazdı,

İsinərmi bir od-ocaq, nə bilim...

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)