“Hər insan öz dərdini dünyada ən ağır dərd sayır” - Herman Hessenin aforizmləri Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı məşhur alman yazarı, filosofu Herman Hessenin aforizmlərindən seçmələri təqdim edir. Aforizmləri dilimizəİlham Abbasov cevirib.

 

 

 – Həyatda onsuz yaşamağın mümkün olmadığı qadın olduğu kimi, onunla yaşamağın mümkün olmadığı qadın da var.

       – Öz “mən”i olmayan adam mənalı həyat yaşaya bilməz.

       – Dildə səslənmiş söz öz həqiqi dərinliyini saxlaya bilmir, dərhal bir qədər başqalaşır, kütləşir və süniləşir.

       – Biz ölümə qalib gəlmək üçün yaşamırıq, əksinə, ölüm qorxusu həyata məna verən cəhətlərdən biridir.

       – Dostlar hamısı qocalır, amma hamısı köhnələ bilmir.

       – İnsan həyatda ötüb keçən zamandan başqa hər şeyi dayandıra bilər.

       – Əlbəttə, hər şeyin bir mənası var, amma onlara başqa nöqtədən baxa bilsək, hər şeyin tamam başqa, daha dərin mənasının üzə çıxdığını görərik.

       – Hər insan öz dərdini dünyada ən ağır dərd sayır.

       – İncəsənətin məqsədi hər şeyin mayasındakı ilahi mahiyyəti göstərməkdir.

       – İnsan əzab çəkməyi dönüklükdən üstün tutur.

       – Tanrı bizi özü ilə görüşə hazırlamaq üçün ilk növbədə tənhalığa düçar edir.

       – Bəzən dostlardan artıq rəqiblər bir-birinə ehtiyac duyurlar.

       – Allah məhəbbəti bizi xoşbəxt eləmək üçün yox, sınamaq üçün yaradıb.

       – Hər bir insanın ömür yolu onun öz daxili aləminə aparan yolu tapmaq cəhdindən ibarətdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2023)