BİR DİREKTOR, BİR ŞAGİRD - Zaur Yusifov və Arzu Eminli Featured

Rate this item
(2 votes)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Arzu Eminli ilə görüşürük. 

 

DİREKTOR

 

Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə  Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.

 

ŞAGİRD:

 

Mən Eminli Arzu Zahid qızı 28 fevral 2008-ci ildə dünyaya göz açmışam . Bakı şəhəri Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 saylı tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Arzum ibtidai sinif müəllimi olmaqdır. Bədii kitab oxumağı çox sevirəm.

 

ESSE

“Unudulmaz tarix”

27 sentyabr 2020-ci il  tarixində başlanan və Azərbaycanın qələbəsi ilə bitən «II Qarabağ müharibəsi» heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir. Azərbaycan  xalqının igid əsgərləri tarix yazırdılar. Prezidentimizin müdrik siyasəti nəticəsində xalqımız "Dəmir yumruq" kimi birləşib düşmənə meydan oxudu. Üstündən illər , əsrlər keçsə belə, bu tarixi yazan qəhrəmanlarımız unudulmaz. Vətən uğrunda düşünmədən canını fəda edən igid əsgərlərimiz hər zaman Azərbaycan xalqı üçün var olacaq. Onlar ən müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksəlmişlər. Şəhidlik zirvəsinə qalxmaq hər 

kəsə nəsib olmur. Bu zirvəyə təkcə cəsarətli, qeyrətli, şərəfli və müqəddəs insanlar yüksəlir. Şəhidlik zirvəsinə yüksələn insanlar ölməzdirlər və  onlar ölümləri ilə tarix yazırlar. Şəhidlər bizim fəxrimizdir, qürurumuzdur.

Ümummilli Liderimiz Heydər Əliyevin unudulmaz ifadəsində söylədiyi kimi:

“Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlaycağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün çox gözəl  örnək olub. Bundan sonra da örnək 

olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bugünlük nəsli də, gələcək nəsilləri də, bu şəhidlərin 

qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, Respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq 

nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər.”

 Bizim igid, cəsarətli əsgərlərimiz Vətən Topaqlarını işğaldan azad edib döyüş meydanında tarixi ədaləti bərpa etdi. Azərbaycana qələbə yaraşır. Biz, azərbaycanlılar bütün dünyaya  gücümüzü göstərdik! 

Yaşasın, Azərbaycan, Qarabağ Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(13.13.2023)