Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub

Rate this item
(0 votes)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş pyes müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Müsabiqəyə 21 iştirakçı müraciət edib. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndirilib, təqdim edilən pyeslərin arasından Ülviyyə Heydərova “Torpaqlar” pyesi ilə birinci yerə, Niyaz Qasımov “Pənahəli xan” pyesi ilə həvəsləndirici mükafata layiq görülüb.

 

Müsabiqənin münsiflər heyəti Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist və dramaturq Əli Əmirli, teatr və kino tənqidçisi Aliyə Dadaşova və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovadan ibarət olub.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)