Aşıq Avdının doğum gününə

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı “Qazax Xeyriyyə” İctimai Birliyinin mətbuat katibi Səbinə Yusifin Aşıq Avdı Musayevin doğum gününə həsr etdiyi yazısını təqdim edir. 

 

Bu gün hamımızın əzizimiz, mahalımızın sevilən Aşığı Avdı Musayevin doğum günüdür.

“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, Qazax mahalının ziyalıları doğum günü münasibətilə Aşıq Avdını təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır.

 Aşıq Avdı 49 yaşını tamamladı. Gələn il onun 50 yaşı tamam olacaq.  "Qazax" Xeyriyyə İctimai Birliyinin tədbirlər planına əsasən noyabr ayında yazıçı-publisist, uzun illər "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbu orqanı olan "Dəli Kür" qəzetinin redaktoru olmuş Fəridə Ləmanın 70 illik yubileyi, gələn il Rafail İncəyurdun 70 illik və Aşıq Avdı Musayevin 50 illik yubileyləri keçiriləcək.

"Qazax" Xeyriyyə İctimai Birliyinin və Qazax RİH-nin birgə tədbirlər planına əsasən Fəridə Ləmanın, Rafail İncəyurdun, Avdı Musayevin yubileyləri həm də Qazax rayonunda keçiriləcəkdir.

Var olsunlar elimizi, obamızı ucaldanlar.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2023)