“Orqan musiqisi axşamı” adlı konsert təşkil olunub

Rate this item
(0 votes)

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqili tədbirlər çərçivəsində “Orqan musiqisi axşamı” adlı konsert təşkil edilib. 

 

Konsertdə Əməkdar incəsənət xadimi Rasimə Babayeva (orqan), Əməkdar artistlər Nərgiz Əliyeva (piano), Rena Rəhimova (viola), solistlər Fidan Dəmirova (vokal) və Nigar Məmmədova (orqan) öz ifalarını dinləyicilərə təqdim ediblər. 

Proqramda Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib.

Qeyd edək ki, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Rasimə Babayevadır.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)