Bu gün Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək

Rate this item
(0 votes)

Bu gün P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş qala-konsert keçiriləcək.
Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Azərbaycanın tanınmış ifaçıları, o cümlədən Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Murad Hüseynov, Murtuza Bülbül və başqaları iştirak edəcəklər. Konsertin proqramına rus, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.