Diqqət! İbrahim Tatlısesin Bakıdakı konsertinin vaxtı dəyişdirildi

Rate this item
(0 votes)

 

Məşhur müğənninin konserti təxirə salınıb.

 

Oxu.Az xəbər verir ki, türkiyəli məşhur müğənni İbrahim Tatlısesin (İbrahim Tatlı) Bakıda mayın 20-də baş tutmalı olan konserti ləğv edilib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı konsertin təşkilatçıları ilə danışıb.

Təşkilatçı konsertin ləğv olunmadığını deyib:

“Konsert ləğv olunmayıb. Sadəcə keçirilmə vaxtı dəyişdirilib. Digər bir vaxta keçirilib. Sırf texniki səbəblərə görə, konsert oktyabr ayının 21-də keçiriləcək. Yəni texniki səbəblərə görə, yalnız tarixi dəyişdirilib. Biletlər artıq satışdadır”.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2023)