Belarus Dövlət Filarmoniyasında Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert keçirilib

Rate this item
(0 votes)

Belarus Dövlət Filarmoniyasında Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib.
AzərTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə keçirilən konsertdə Belarus Dövlət Filarmoniyasının solistləri, milli və beynəlxalq festivalların laureatlarının ifasında dahi bəstəkarın repertuarından mahnı, romans və ariyalar dinlənilib. Konsertin aparıcısı proqram boyu M.Maqomayevin həyat və yaradıcılığı, anadan olduğu və böyüdüyü Azərbaycanla bağlılığı, vətəninə məhəbbəti, eləcə də yüksək ifaçılıq qabiliyyəti və mənəvi zənginliyi barədə dinləyicilərə geniş məlumat verib.
Konsertdə ifalar böyük alqışlarla qarşılanıb.