Kamera və Orqan Musiqisi Zalında gənc ifaçıların konserti olub

Rate this item
(0 votes)

 

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” silsiləsindən “Keçmişdən gələcəyə” adlı konsert təşkil olunub.

Filarmoniyanın yaydığı məlumata görə, konsertdə solist qismində respublika və beynəlxalq müsabiqələr laureatı Humay Hacızadə violada bir-birindən rəngarəng ifalar təqdim edib. Onunla yanaşı, respublika və beynəlxalq müsabiqələr laureatları Rəfiqə Quluzadə (piano), Canel Nəcəfli (violin) və Vüqar Məmmədzadə (bəstəkar) eyni səhnəni bölüşüblər.

Konsert çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)