UNESCO-nun mənzil-qərargahında “İpək Yolu” ölkələrinin konsert proqramı təqdim olunub

Rate this item
(0 votes)

 

UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfrans çərçivəsində konsert təşkil edilib. 

AzərTAC xəbər verir ki, konsertdən öncə çıxış edən UNESCO Baş direktorunun müavini Qabriela Ramos “İpək Yolu” üzərində yerləşən ölkələrin zəngin mədəni irsindən söz açıb. Sonra təşkilatçı ölkələrin səfirləri mədəni irsdən danışıblar. Konsertdə ölkələr musiqi, adət-ənənə, rəqs kimi milli-mədəni irs nümunələrini təqdim ediblər. 

Konsertdə Səidə Zülfüqarova (piano) və Ağarəhim Quliyev (fleyta) Cövdət Hacıyevin “Ballada”, Fazil Soyun “Qara torpaq”, Fikrət Əmirovun fleyta və fortepiano üçün pyeslərini ifa ediblər. Bununla yanaşı, Azərbaycan milli rəqsləri “Naz eləmə” və “Uzundərə” təqdim olunub. 

Xatırladaq ki, UNESCO-nun “İpək Yolu” proqramının 35 illiyi münasibətilə “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayan təbirlər silsiləsi Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən “Find your own Silk Road in Azerbaijan” adlı sərginin açılışı ilə davam edib. “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr edilmiş tədbirlər təşkilatçı ölkələrin konsert proqramı ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)