Turin şəhəri “Eurovision 2022” mahnı müsabiqəsinə ev sahibliyi edəcək

Rate this item
(0 votes)

“Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək. Turin dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi etmək üçün İtaliyanın 17 şəhəri və bölgəsi ilə yarışdan qalib çıxdı.
Müsabiqənin   yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. “Rai” televiziyası Avropa Yayım Birliyi (EBU) ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq.