Balaca qarmonçu ölkəmizə qızıl gətirib

Rate this item
(0 votes)

Dünyanın müxtəlif bölgələrində keçirilən incəsənət yarışmalarında azərbaycanlı uşaq və yeniyetmələr uğurlu nəticələr sərgiləyirlər. Növbəti belə uğur:

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin qarmon ixtisası üzrə təhsil alan I sinif şagirdi Malik Axundzadə Rusiyada keçirilən "Muzıkalnıy Rassvet" adlı müsabiqədə iştirak edib.

Baş İdarənin məlumatına görə, müsabiqədə Malik Axundzadə 8-10 yaş kateqoriyasında Xalq çalğı alətləri (qarmon, solist) nominasiyası üzrə çıxış edərək, münsiflər heyətinin qərarına əsasən l yerə layiq görülüb.

Qeyd edək ki,  Malik Axundzadənin müəllimi Ramal Allahverdiyevdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)