Bu gün Muğam Mərkəzində “Qara Qarayev 105” konseri keçiriləcək

Rate this item
(0 votes)

Bu gün Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş “Qara Qarayev 105” adlı konsert keçiriləcək.

 

Konsertdə Əməkdar artist Vaxtanq İmanovun rəhbərliyi altında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera ansamblı çıxış edəcək. Konsertdə bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)