Mərkəzi İncəsənət Məktəbində Gənclər Günü qeyd edilib

Rate this item
(0 votes)

 

Azərbaycanda Gəncləri Günü geniş şəkildə və böyük vüsətlə qeyd edilməkdədir. Bu  münasibətilə növbəti tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində baş tutub, məktəbin müəllim və şagird kollektivi tərəfindən konsert proqramı təqdim olunub. 

 

Öncə məktəbin nəzəriyyə şöbəsinin müdiri Nabat Əsgərova və şagird Nigar Nəbili Gənclər Günü ilə bağlı geniş məruzə ilə çıxış ediblər.

Mühazirələr zamanı Ulu Öndər Heydər Əliyevin sağlam gənc nəslin yetişdirilməsi ilə bağlı fikirləri, onlara dəstək olması, siyasəti barədə məlumatlar verilib.

Qeyd edilib ki, bu siyasəti davam etdirən Prezident İlham Əliyev Ümummilli Liderin bu ənənələrini yaşadır və daim gənclərin həyat rifahının yaxşılaşdırılması, sosial, iqtisadi yöndə, təhsildə, mədəniyyət və incəsənətdə dəstəyini əsirgəmir.

Tədbirin bədii hissəsində məktəbin orkestr alətləri şöbəsinin şagirdlərinin ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)