Diqqət! Dünyaşöhrətli “Akcent” qrupu Bakıya gəlir Featured

Rate this item
(0 votes)

Martın 4-də Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, artıq biletlər satışa çıxarılıb, onları  iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Aksent” ölkəmizdə tanınır və sevilir, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop musiqi qrupu öz repertuarında olan mahnılarla bakılı pərəstişkarları qarşısında çıxış edəcək. 

Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda xitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)