2023-cü ildə Liverpulda keçiriləcək “Eurovision”un loqosu təqdim olunub Featured

Rate this item
(0 votes)

 

Bu il İngiltərənin Liverpul şəhərində keçiriləcək “Eurovision 2023: Liverpul” mahnı müsabiqəsinin loqosu və şüarı təsdiqlənib. Bu barədə “Ədəbiyyat və incəsənət” TASS-a istinadən xəbər verir. 

 

Loqoda ürəklərin birlikdə döyünməsi əks edilib, şüarda isə “United by Music" (musiqi ilə birləşənlər) sözləri həkk olunub. 

Xatırladaq ki, mayın 9-u və 11-də müsabiqənin yarımfinal mərhələsi, mayın 13-də isə final mərhələsi keçiriləcək.

Müsabiqədə birinciliyi ötən il Ukrayna təmsilçisi qazansa da, ölkədəki müharibə səbəbindən müsabiqənin Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda istifadə edilib. Məqsəd “Ukraynanı unutmayın” kəlmələrini hər kəsə xatırlatmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)